Nazarbayev növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. Bunu o bu gün televiziya ilə xalqa etdiyi müraciətində bildirib.
Seçkilərin tarixi hələlik məlum deyil. Nazarbayev bu təklifi Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılmasına dair referendum keçirilməsi qərarını qanunsuz elan etdikdən sonra irəli sürüb.
Prezident bildirib ki, növbədənkənar seçkilərlə bağlı təklifini parlamentə göndərəcək. Qazaxıstanda president seçkiləri 2012-ci ildə keçirilməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50