Azərbaycan Liberal Partiyası (ALP) maraqlı təkliflə çıxış edib. Partiyadan MİA-ya daxil olan məlumatda bildirilir ki, Misir prezidentin Hüsnü Mübarəkin Azərbaycandakı heykəli götürülməlidir. ?Hüsnü Mübarək o liderlərdən deyil ki, ya Azərbaycanda, ya Ərəb dünyasında xüsusi islahatları ilə seçilmiş olsun. O, Ruzvelt deyil, De Qoll deyil, Atatürk deyil ki, ona heykəl ucalldılıb. Azərbaycanda onun heykəlinin qoyulmasına ehtiyac yoxdur. Azərbaycan vətəndaşlarının pulu ilə öz xalqını qanına qəltan etmiş bir diktatorun heykəlinin qoyulması artıqdır. Hesab edirik ki, iqtidar Hüsnü Mübarəkin Azərbaycandakı heykələni götürməlidir? ,-deyə partiyanın bəyanatında qeyd olunub.