Misirdə komendant saatı elan edildi
Misirdəki hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi Qahirə bəzi şəhərlərdə komendant saatı elan edib. BBC-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hakimiyyət əsasən paytaxt Qahirə ilə yanaşı İsgəndəriyyə və Süveyş şəhərlərində təhlükəszlik tədbirlərini gücləndirib. Şəhərlərə hərbi texnika yeridilib.
MAQATE-nin keçmiş rəhbəri, hazırkı müxalifət təmsilçisi Məhəmməd Baradey ev dustağı edilib. Bu isə müxalifətlə asayiş keşikçiləri arasında toqquşmaları daha da qızışdırıb.
Qeyd edək ki, aksiya iştirakçıları ölkə prezidenti Hüsnü Mübarəkin istefasını tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50