Azərbaycanda daha bir bankın lisenziyası ləğv edildi
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan ?Birlikbank?ASC-nin lisenziyası ləğv edilib. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, ?Birlikbank? ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya ?Banklar haqqında? Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub.
Həmin qərarla ?Birlikbank? ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın yerləşdiyi müvafiq ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23).
Qeyd edək ki, 28 yanvar 2011-ci il tarixinə respublikada 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır.
Xatırladaq ki, 2010-cu ilin dekabrın 2-də AMB həmçinin "Debütbank" ASC-yə və ?Kövsərbank? ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyaları ləğv edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19