Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda 2010-cu il payız sessiyasının yekunları və 2011-ci il yaz sessiyasının iş planı müzakirə edilib. Komitənin sədri Arif Rəhimzadə bildirib ki, ötən payız sessiyasında Regional məsələlər komitəsi tərəfindən 9 qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılaraq qəbul edilib. Növbəti yaz sessiyasına gəlincə, A.Rəhimzadə deyib ki, komitənin iş planına inzibati ərazi bölgüsünə dair məsələlər, bəzi qanunlara əlavə və dəyişiklər, eləcə də ?Bələdiyyələrin hesabatı haqqında? qanun layihəsini daxildir. Onun sözlərinə görə, parlamentin yaz sessiyasında həmçinin bələdiyyələrə inzibati nəzarət edən orqanın hesabatı təqdim olunacaq. Müzakirələrdən sonra komitənin yaz sessiyası üçün iş planı təsdiqlənib.