?Evrovision - 2011? Milli seçim turlarının 5 finalçısı yanvarın 24-dən İctimai Televiziyanın canlı efirdə solo konsert proqramı ilə çıxış etməyə başlayacaqlar. İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, finalçılar hər biri ayrı ayrılıqda hər gün eyni vaxtda 1 saatlıq canlı solo ifalarını nümayiş etdirəcəklər. Proqrama uyğun olaraq: yanvarın 24-də Nigar Camal, növbəti gün Aynişan Quliyeva, yanvarın 26-da İlqarə İbrahimova, 27-də Eldar Qasımov, cümə günü isə İlhamə Qasımova televiziyanın canlı efirində səs və səhnə imkanlarını göstərəcəklər. Tamaşaçılara özlərini daha yaxından tanıda bilmək üçün ifaçılara repertuar seçimində sərbəstlik verilib.