ADP 20 yazını qeyd edəcək
Fevralın 26-da Azərbaycan Demokrat Partiyasının yaranmasının 20 illik yubileyidir. Bu barədə MİA-ya açıqlama verən ADP sədrinin birinci müavini Həsrət Rüstəmov yubiley günü partiyada toplaşacaqlarını bildirib.
Onun sözlərinə görə, partiyanın maddi imkanı olmadığına görə, geniş yubiley mərasimi keçirə bilməyəcəklər: ?Təbii, istəyirik ki, ADP-nin 20 illik yubileyin gözəl bir məkanda təmtəraqlı şəkildə qeyd edək, ancaq maddi imkansızlıq bunu vermir. İmkan olsa, yaz ayralında ictimai-siyasi arenada olan dostlarımızı və yaxın jurnalistləri dəvət edərək yubileyimizi keçirə bilərik?.
H.Rüstəmov onu da bildirib ki, yubileylə bağlı xalqa müraciət ünvanlamağı da planlaşdırırlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51