Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni binasının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək. RİMM-nın mətbuat xidmətindən verilən məlumata görə, mərkəzin yeni binasının açılış mərasimi yanvarın 22-ə nəzərdə tutulub. Mərasimdə Narışkinlə yanaşı, Rusiya prezidentinin köməkçisi Cahan Pollıyeva, Dmitri Medvedevin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya prezidentinin MDB-yə üzv dövlətlərlə əlaqələr üzrə xüsusi nümayəndəsi və ?Rossotrudniçestvo?nun rəhbəri Fərid Muhametşin, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, həmçinin Rusiya və Azərbaycanın dövlət və ictimai xadimləri iştirak edəcəklər.