ümid Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib
Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə baş verən son hadisələr, Qarabağ Siyasi Bloku daxilində fəaliyyət istiqamətləri və gələcək planlar, təşkilatlanma işi, İcra Aparatının hesabatı və s. bu kimi məsələlər müzakirə olunub.
Ilk növbədə Nizami rayon Polis Idarəsinin 24-cü polis bölməsində zorakılığa məruz qalaraq müəmmalı şəkildə həyatını itirən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elvin Əsgərovun taleyi müzakirə olunub. Hüquq mühafizə orqanında baş verən hadisəyə görə təqsirli şəxslərin tapılıb cəzalandırılması məsələsinin qanunverici orqanda partiya sədri, millət vəkili İqbal Ağazadə tərəfindən qaldırılması təklif edilib. Daha sonra çörəyin qiymətinin əvvəlki vəziyyətə qaytarılmaması, benzinin qiymətinin bahalaşması ətrafında gedən şaiyələr və digər iqtisadi məsələlər müzakirə olundu.
Iclas zamanı Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin İcra Aparatının fəaliyyət hesabatı dinlənilib. İcra Aparatının hesabatı dinlənilib və qənaətbəxş hesab edilib.
Sonda isə partiya sədrinin hazırladığı ?2011-2013-cü illər üçün proqram?ı müzakirə edilib və yazı ətrafında Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51