?Biz viza rejiminin sadələşdirilməsinə dair razılaşmanı yaxın gələcəkdə müzakirə etməyə başlayacağıq. Bu, azərbaycanlıların Avropa Birliyinə (AB) səfərini asanlaşdıracaq. Yəni, yalnız bazar deyil, insanlar da yaxın olmaldır?. Bunu yanvarın 13-də prezdent İlham Əliyevlə görüşdən sonra birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Maneul Barroso deyib. Barroso pezidentlə danışıqlarda bir sıra məsələləri müzakirə edib: ?Biz iqtisadi inkişaf, iqtisadi əməkdaşlıq, Azərbaycanda siyasi islahatların aparılması, demokratikləşmə, regiondakı vəziyyət, təhlükəsizlik vəziyyəti, enerji və diversifikasiya məsələlərini müzakirə etdik?. Avropa Komissiyasının prezidenti bildirib ki, Azərbaycan AB-nin strateji müttəfiqidir: ?Biz Azərbaycanın istehsalçı və tranzit ölkə kimi oynadığı rolu qiymətləndiririk?.