Əhməd Davudoğlu Avropa Birliyinə xəbərdarlıq etdi
Türkiyədə səfərdə olan Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə xüsusi nümayəndəsi Ketrin Eştonla birgə keçirdiyi mətbuat konfransında xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyini tənqid edib. Nazir birliyi, Türkiyəyə qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb: ?Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesində bir tıxanma ilə qarşı-qarşıyayıq. Dünya və beynəlxalq birlik Türkiyə və Avropa Birliyinin ortaq cəhdlərinə ehtiyac hiss edərkən inteqrasiya prosesinin bu qədər yavaşlaması yaxşı deyil?.
Ölkəsinin sadəcə namizəd olmadığını deyən Davudoğlu bəzi davranışları Türkiyəyə qarşı ayrı-seçkilik hesab etdiklərini bildirib: ?Biz sadəcə namizəd ölkə deyilik, müzakirə aparan ölkəyik. Namizədlik prosesimiz geridə qalıb. İstəyimiz Türkiyənin tam üzv olmasıdır. Belə bir halda Türkiyənin çox sərt viza qaydaları ilə üzləşməsi, hələ üzvlüyə namizədliyə başlamamış ölkələrə tətbiq edilməsinə baxmayaraq Türkiyəyə qarşı neqativ ayrı-seçkilik hesab edirik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50