Qazaxstanda prezident Nursultan Nazarbayevin səlahiyyətlərinin uzadılması üçün referendum keçirilməsini istəyən Təşəbbüs Qrupu imzatoplama kampaniyasını başa çatdırıb. Qrup 4 milyon imza yığa bilib. Təşəbbüs Qrupu bu gün imzaları Mərkəzi Seçki Komisisyasına təqdim edəcək. Xatırladaq ki, N.Nazarbayev səlahiyyətlərinin 2020-ci ilə qədər uzadılamsı barədə təklifi rədd edib. Bu barədə rəsmi fərman rəsmi qəzetlərdə dərc edilib.