Həftsəsonları və bayram günləri də daxil olmaqla ilin 365 günü fasiləsiz fəaliyyət göstərən Park Bulvar filialından sonra Yanvar ayından etibarən daha iki- Sumqayıt və Gəncə filiallarında da həftə içi 9:00-dan 17:45-ə və şənbə günləri 10:00-dan 15:45-ə kimi hər növ bank xidmətlərini, Siz ? dəyərli müştərilərimizə fasiləsiz olaraq təqdim etməkdən qürur hissi duyur. Sumqayıt və Gəncə filiallarımızda aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz. ? Bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi - Konvertasiya ? Western Union - Sürətli pul köçürmə sistemi ? Rabitə və Kommunal ödənişləri ? Plastik Kartlarla əməliyyatlar ? 7/24 ATM xidmətləri ? Fərdi kreditlər ? Biznes-kreditlər ? POS Terminal xidmətləri Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir. Xatırladaq ki, ?Azərbaycan Sənaye Bankı? 1996-cı ildə ?CI Bank? kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. 2011-ci ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 129.950 mln. manat, depozit portfeli 79.110 mln. manat, kredit portfeli 74.439 mln. manat, nizamnamə kapitalı 22.114 mln. manat təşkil edir. Bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 17.000-dən, cəmi müştərilərinin sayı isə 28.000-dən çoxdur.