DUi partiya sədrlərinin həbsinə etiraz etdi
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. İclasda sədrlər şurası qərarların icra vəziyyətinin qənaətbəxş olduğunu deyib. Həmçinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbslərinə də münasibət bildirilib.
İclasda həbslərin ictimaiyyətdə xof yaratmaq məqsədi daşıdığını və onların azad olunmalı olduğunu bildirib.
Sədrlər Şurası DUİ-yə qarşı məqsədyönlü dezinformasiya siyasətinin aparıldığını və DUİ rəhbərliyinə daxil olan şəxslərin, xüsusilə də Azadlıq Partiyasının sədri Əhməd Orucun nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51