Avropa İttifaqına sədrlik missiyası Belçikadan Macarıstana keçib. Macarıstan parlamentində keçirilən mərasimdə 2010-cu ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edən Belçikanın baş naziri qurumun bayrağını Macarıstanlı həmkarı Viktor Orbana təhvil verib. Viktor Orban Belçikanın altı ay ərzində quruma sədrliyini yüksək qiymətləndirib və maliyyə böhranlarına baxmayaraq qurumun Avropa inteqrasiyası ilə bağlı öhdəliklərinin icrasında dəstək göstərə bildiyini deyib. Avropa komissiyasının rəhbəri Joze Manuel Barrozo bu axşam Macarıstanın paytaxtı Budlapeştdə Viktor Orbanla görüşəcək.