Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və regionda ictimai-siyasi vəziyyət, partiya strukturları və təşkilatlanma işi, İcra Aparatının yaxın altı aylıq planı və s. bu kimi məsələlər müzakirə olunub. MİA-nın məlumatına görə, ilk növbədə Qarabağ Siyasi Bloku daxilində fəaliyyət istiqamətləri və gələcək planlar ətrafında diskusiyalar aparılıb. Siyasi bloka daxil olan partiyaların müxtəlif strukturkarı arasında münasibətlərin inkişaf etdirilməsi fikri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin İcra Aparatının fəaliyyət hesabatı dinlənilib. İcra Aparatının növbəti altı ay üçün tərtib etdiyi planın müzakirəsi keçirilib. Sonda isə partiyadaxili təşkilatlanma işi və rayon təşkilatlarının durumu barəsində hesabat dinlənilib və qənaətbəxş hesab edilib.