Ankara Opera və Balet Teatrında xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ?Məhəbbət və ölüm? baleti sənətsevərlərə təqdim olunacaq. Balet TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə səhnələşdiriləcək. Nümayiş yanvarın 13-14-də olacaq. Qeyd edək ki, ilk dəfə 2005-ci ildə səhnəyə qoyulmuş baletin liberettosu ?Dədə Qorqud? dastanının motivləri əsasında yazılıb. Türkiyədə oynanılacaq əsər Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib. Baletdə klassik simfoniya, folklor və xalq rəqslərinin ecazkar sintezi diqqəti cəlb edir. Baletin liberettosunun müəllifi və xoreoqrafı Nadejda Malıgina, orkestrin rəhbəri Pavel Kliniçevdir.