Millət vəkili Fərəc Quliyev ?Ümid? uşaq evini MDH rəhbərliyi ilə birgə ziyarət edib. O, uşaqların həyat tərzi, uşaq evinin bu günkü vəziyyəti ve problemləri ilə maraqlanıb. MİA-nın xəbərinə görə, Fərəc Quliyev Rusiyada yaşayan YUNESKO-da keçmiş təmsilçimiz Ramiz Abutalıbovu qəbul edib. Görüşdə Rusiyanın ziyalı potensialının Azərbaycanın problemlərinin həllində yardım imkanları və qarşılıqlı himayə mexanizmi, Rusiyada Qafqazlılara qarşı törədilən son hadisələr muzakirə mövzusu olub. Millət vəkili Türkiyədən gəlmiş ?Azərbaycanlılar dayanışma Dərnəyi? Genel Başqanı Timur Selcuk bəyi qebul etdi. Görüşde bölgədə son durum, Erməni planlarına qarşı birgə davranış yolları, diasporanın Qarabağ məsələsinə yanaşma yolları və s. məsələlər müzakirə olunub.