2011-ci ilin ilk günləri bir sıra məhsulların qiymətlərin artması ilə müşayiət olundu. Artıq mağazalarda müxtəlif növ siqaretlərin qiyməti artıb. MİA-nın məlumatına görə, artıq mağazalarda siqaretlərin qiyməti 20-25 faiz artıb. Xüsusən də son dövrlər daha çox istifadə olunan nazik siqaretlər bahalaşıb.