Spiker Oqtay Əsədov ad gününü qeyd edir
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun 56 yaşı tamam olur. 2010-cu il noyabrın 29-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.
O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin ?Azərsantexquraşdırma? Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996?2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004?2005-ci illərdə ?Azərsu? Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci (2000-ci il), üçüncü (2005-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də 8 saylı Binəqədi birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-cı ildən parlamentin Sədri vəzifəsində çalışır.
MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Evlidir, 2 övladı var. Rus və ingilis dillərini bilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51