Azərbaycan Sənaye Bankı olaraq Park Bulvar alış veriş mərkəzində fəaliyyət göstərən filialımızla 31 dekabr tarixində saat 10:00 ? 21:00-a qədər və 1 yanvar tarixində isə 14:00 ? 22:00, digər bayram günləri isə fasiləsiz olaraq səhər saat 10:00-dan axşam 22:00-a kimi hər növ bank xidmətlərini, Siz ? dəyərli müştərilərimizə fasiləsiz olaraq təqdim etməkdən qürur hissi duyuruq. Mərkəzin giriş mərtəbəsində yerləşən ASB Park Bulvar filialı, bütün il ərzində, bayram və istirahət günləri də daxil olmaqla, səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz 12 saat ərzində, Siz - dəyərli müştərilərimizə xidmət göstərməyə hazırdır. Ayrıca, avtomobil dayanacağında, 1ci mərtəbə ?giriş?də və ?Food Court? (3-cü) mərtəbəsində, ümumilikdə üç ədəd bankomatımız, mərkəzin iş rejimi vaxt ərzində xidmətinizdədir. Park Bulvar filialımızdan aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz. ? Bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi - Konvertasiya ? Western Union - Sürətli pul köçürmə sistemi ? Rabitə və Kommunal ödənişləri ? Plastik Kartlarla əməliyyatlar ? 7/24 ATM xidmətləri ? Fərdi kreditlər ? Biznes-kreditlər ? POS Terminal xidmətləri Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir. Xatırladaq ki, ?Azərbaycan Sənaye Bankı? 1996-cı ildə ?CI Bank? kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 105.849 milyon manat, depozit portfeli 72,882 milyon manat, kredit portfeli 68,604 milyon manat, məcmu kapitalı 26,258 milyon manat, o cümlədən nizamnamə kapitalı 22,114 milyon manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 28 bankomatı və 288 POS-terminalı fəaliyyət göstərir. Müştəri sayı 25.000 - dən çoxdur.