Gələn il pensiyalar artacaq
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 2011-ci il ərzində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasətini davam etdiriləcək.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan MIA-ya verilən məlumata görə, növbəti ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2 faizi səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7 faiz çoxdur. 2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9 mln. manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 faiz və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29 faiz təşkil edəcək.
2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunmuş proqnozuna nisbətən 18,7 faiz və 10,2 mln. manat çoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19