Bu gün Müsavat Partiyasının qərargahında 7 noyabr seçkilərində saxtakarlığa məruz qalmış namizədlərin 3-cü toplantısı keçirilib. Toplantıda AXCP-Müsavat blokundan olan namizədlərlə yanaşı, müstəqil namizədlər, hüquqşünaslar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər. Sözügüdən tədbirdə İctimai Palatanın yaradılmasının vacibliyini qeyd olunub və bu qurumun yaradılması ilə bağlı razılıq əldə olunub. İctimai Palatanın yaradılması barədə bəyannaməni Müsavat, Milli İstiqlal, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Xalq və digər partiyalar imzalayıblar.