Musa Quliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsindən danızır
?2010-cu il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər uğurla davam etdirilib?. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, ölkəmizdə aztəminatlı ailələrə qayğı, bütövlükdə insanların sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlərdir. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən bu il əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması bu faktın əyani göstəricisidir.
?Bu siyasət davamlı olacaq. Gələcəkdə də insanların rifahının yüksəlməsi üçün ardıcıl addımlar atılacaq? deyən komitə sədrinin müavini sosial sahə ilə bağlı Milli Məclis tərəfindən vacib qanunların qəbul edildiyini də vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19