Dünya zöhrətli müğənni Elton Con "ata" oldu
Məşhur britaniyalı müğənni Elton Con və onun rəsmi nigahlı həyat yoldaşı, kanadalı dizayner və kinorejissor Devid Ferniş oğulluğa uşaq götürüblər. ?US Weekly?nin yaydığı xəbərə görə, Zahari Cekson Livon Ferniş-Con adlandırılan körpə surroqat ana tərəfindən dünyaya gətirilib.
Qeyd edək ki, Elton Con və 43 yaşlı Ferniş artıq 17 ildir ki, bir yerdə yaşayırlar. Onlar 1993-cü ildə ümumi tanışlarından birinin təşkil etdiyi şam yeməyi zamanı tanış olublar. Elton Con oğlan dostuna spirtli içki və narkotik maddələr asılılığından xilas olmaqda kömək olub.
2005-ci ildə Con və Freniş qarşılıqlı münasibətlərini qanuniləşdirmək qərarına gəliblər. Vətəndaş nigahına girmə mərasimi dekabrın sonları Britaniyanın Vindzor şəhərində baş tutub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47