Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishini qəbul edib. Universitetin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə görüşdə ölkələrarası, parlamentlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqda qonağa məlumat verib. S.Seyidov rektoru olduğu ali təhsil ocağının tarixindən bəhs edərək ADU-nun Azərbaycanda unikal tədris müəssisəsi olduğunu xanım Hisae Nakanishinin diqqətinə çatdırıb. Xanım Hisae Nakanishi bu ali təhsil ocağı ilə Doşişa Universiteti arasında mümkün unversitetlərarası əlaqələrə toxunaraq qarşılıqlı əməkdaşlıq imkanlarından danışaraq, görüşdən məmnun qaldığını deyib. Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlığın prespektivləri də müzakirə olunub. Sonra Xanım Hisae Nakanishi Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə də tanış olub.