Xalq Yazıçısı Yusif Səmədoğlunun xatirəsi yad ediləcək
Dekabrın 25-də Səməd Vurğunun ev-muzeyində Xalq Yazıçısı Yusif Səmədoğlunun 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə filologiya elmləri doktoru Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanov görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verəcəklər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fəal oxucuları, Bakıdakı 53 nömrəli orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirəcək, Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin 7-ci sinif şagirdi, Prezident təqaüdçüsü Vurğun Vəkilov fortepianoda, həmin məktəbin 7-ci sinif şagirdi Aytən İbrahimova isə skripkada musiqi nömrələri ifa edəcəklər.
Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova AzərTAc-a bildirmişdir ki, tədbir çərçivəsində ədibin uşaqlıq və gənclik illərini əhatə edən, muzeydə mühafizə olunmuş əşyaları, Yusif Səmədoğlunun həyat yoldaşı Nəmidə Vəkilovanın muzeyə bağişladiğı yazıçının həvəskar fotoqraf kimi çəkdiyi fotokolleksiya və digər xatirə əşyaları nümayiş etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47