ismət Abasov taxılla bağlı proqnozunu verdi
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov havaların anomal isti keçməsinin aqrar sektora təsirini təsdiqləyir. Nazirin sözlərinə görə, belə hava şəraiti ziyanvericilərin artmasına səbəb olsa da, taxıl səpininin vaxtında aparılmasına kömək edib.
Nazir deyir ki, bu il taxıl sahələrinin genişlənməsi 2011-ci ildə ölkədə təxminən 2,5 milyon ton taxıl istehsalına imkan verəcək. Onun sözlərinə görə, gələn il Azərbaycanda 2,5 milyon ton taxıl istehsal olunması gözlənilir:
?Bu il 900 min hektar əkin sahəsində səpin aparılıb. Bunun nəticəsində gələn il əkin sahələrindən 2,5 milyon ton taxıl götürülməsini proqnozlaşdırırıq. Bu isə builki göstəricidən bir qədər çox olacaq. Lakin biz bu rəqəmi gələcəkdə artırmalıyıq, buna imkanlarımız da var. Belə ki, 2009-cu ildə Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunub?.
Nazir ölkədə kifayət qədər taxıl ehtiyatının olması üçün taxıl idxalının davam etdiriləcəyini də vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19