Milli İstiqlal Partiyasının qərargahında müxalifətin aparıcı partiyalarının rəhbərlərinin görüşü keçirilib. Görüşdə AXCP-dən Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, AMİP sədri Yüsif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn iştirak edib. Keçirilən görüş daha çox müxalifətdaxili inteqrasiya, ölkədəki ictimai-siyasi vəziyyət və seçkidən sonrakı proseslər müzakirə edilib. Dekabrın 28-də keçiriləcək Müxlifətin Forumuna hazırılıq da əsas mövzulardan olub.