?Uşaqlar, siz məni başqaları ilə səhv salıbsız?. Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətə bu cümlə ilə xəbərdarlıq edib. Dekabrın 20-də televiziya ilə çıxışında o deyib ki, bundan sonra onun ölkəsində ?mənasız demokratiyaya? yer yoxdur. ?İnqilaba hər hansı cəhdin? qarşısı da dərhal alınacaq. Daxili İşlər Nazirliyi dekabrın 21-i məlumat verib ki, tutulan 600 nəfərdən çox müxalifət fəalının həbs müddətləri uzadılıb. Nazirlik onların beş gündən 15 günə qədər həbs edildiklərini, bu müddətdə onların zorakılıqlarda iştirak dərəcələrinin araşdırılacağını bildirib.