Azərbaycan Polza və Avropa ittifaqına nota verib
Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobiya və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət edilib. Məsələ ilə bağlı onlara Azərbaycan tərəfinin etiraz notası təqdim edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verilən məlumata görə, baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikamızın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi qeyd edilib.
Avropa İttifaqı institutları və eyni zamanda Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51