Qüdrət Həsənquliyev yeni komitələrin yaradılmasını təklif etdi
Milli Məclisin bugünkü iclasında deputat, BAXCP sədri Qüdrət Həsənquliyev parlamentin 4 yeni komitəsinin yaradılması təklifi ilə çıxış edib. O bildirib ki, Milli Məclisdə Qarabağ, Avrointeqrasiya məsələləri, Büdcə və Büdcəyə nəzarət, eləcə də Türk və MDB respublikaları ilə iş üzrə komitələr yaradılmalıdır.
Q.Həsənquliyev ölkədə siyasi islahatların aparılmasının labüdlüyünü bir daha önə çəkərək Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün bir sıra təxirəsalınmaz addımların atılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, parlamentdə təmsil olunan digər partiyaların təmsilçilərinin Milli Məclisin rəhbər strukturlarında yer almamaları çoxpartiyalı sistemin inkişafı ilə bağlı prinsiplərə uyğun gəlmir.
Onun fikrincə, yeni komitələrin yaradılmalı və həmin komitələrin rəhbərliyinə müxalifətdən olan millət vəkilləri seçilməlidir. Deputatın sözlərinə görə, parlamentdə 12 nəfər olan müxalifətçi millət vəkilləri arasında nə komitə sədri var, nə də müavin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51