Gələn il Azərbaycanda 6 milyon 400 min ton neft emal olunacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə demişdir ki, respublikada benzinin istehlakı ildə 6,1 faiz artır. Bu, ölkəyə idxal olunan avtomobillərin sayının artması ilə bağlıdır. Hazırda Azərbaycanda 1 milyondan çox avtomobil vardır. Bunların əksəriyyəti benzinlə işləyir.
D. Məmmədovun sözlərinə görə, bu il Azərbaycanda 6 milyon 180 min ton neft emal edilmişdir. Gələn il bu rəqəmin 6 milyon 400 min ton olacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19