Bu gün Milli məclisin sədri Oqtay Əsədovun yanında ölkəmizi ATƏT Parlament Assambleyasında təmsil edəcək deputatlarla görüş keçirilib. Görüşdə nümayəndə heyətində təmsil olunacaq bütün deputatlar - vitse-spiker Bahar Muradova (nümayəndə heyətinin rəhbəri), Eldar İbrahimov (müavin), Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyev iştirak ediblər. Görüşdə müstəqil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-in Parlament Assambleyasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Gələcəkdə bu sahənin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub. Parlamentin sədri nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara öz tövsiyələrini verib.