Moskvada 1300-dən çox adam saxlanıb
Dekabrın 15-də Moskvada qarışıqlıq törətməyə cəhd edən 1300-dən çox adam saxlanıb. Bu barədə Rusiya informasiya agentlikləri hüquq-mühafizə orqanlarına istinadla məlumat verir.
Milislər qafqazlılarla radikal millətçi qruplar arasında kütləvi toqquşmaya imkan verməməyə çalışıb. Əsas gərginlik Kiyev vağzalı tərəfində yaşanıb, orda təxminən 7 min adam toplaşıb.
Bildirilir ki, saxlananlardan 16 travmatik pistolet, 200-dən çox bıçaq, beysbol çubuğu və digər soyuq silah növü müsadirə olunub.
Dekabrın 6-da ?Spartak? futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra qafqazlılara münasibət pisləşib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50