Bu gün Qarabağ Seçki Blokunun sədrlər şurası Ümid Partiyası Qərargahında növbəti toplantısını keçirib. MİA-nın xəbərinə görə, toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak ediblər. Qarabağ seçki blokunun seçki prosesində iştirakı, keçilmiş yol, bloka olan münasibətlər ətrafında geniş fikir mübadiləsi aparılmış və yekdil rəylə Qarabağ seçki blokunun buraxılmış elan edilib.