Bahar Muradova: ?ATƏT öz nüfuzuna ciddi zərbə vurdu?
?Ümid edirik ki, ATƏT-in fakt-araşdırıcı missiyası işğal olunmuş ərazilərimizdə vəziyyətə dair obyektiv hesabat hazırlayacaq?. Bu fikirləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova ATƏT-in fakt-araşdırıcı missiyası beş il əvvəl də bölgədə olduğunu xatırladıb. Onun sözlərinə görə, həmin vaxt hazırlanmış hesabatda ermənilərin vandal hərəkətləri əksini tapmışdı: ?Ötən beş ildə ermənilərin vandal əməlləri daha da genişlənib. Onlar Azərbaycanın mədəniyyət abidələrini dağıdıb, şəhər və kəndlərin Azərbaycana məxsus olduğunu sübut edən faktları məhv ediblər. Bu faktlar da hesabatda əksini tapmalıdır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51