Azərbaycanın ?Parabank? ASC ?Yeni il aksiyası? adlı depozit kampaniyasına başlayıb. Bankın baş ofisindən verilən məlumata görə, aksiya dekabrın 15-dən yanvarın 15-dək davam edəcək. Aksiya çərçivəsində banka yeni qoyulan əmanətlər mövcud tarifdən 1% artıq, müştərilərə verilən kreditlər isə 2% aşağı faiz dərəcəsi ilə hesablanacaq. Bundan başqa, müştərilər yanvarın 31-nə qədər ?Visa Gold?, ?Visa Platinum? və ?Visa İnfinite? plastik kartlarını 20% güzəştlə əldə edə bilərlər. Qeyd edək ki, ?Parabank? fərdi müştərilərlə yanaşı korporativ müştərilər üçün kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, xəzinədarlıq xidmətləri, nağd hesablaşmalar, kommunal ödənişlər, ATM və POS-terminal və digər növ məhsul və xidmətlər təklif edir. Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir.