Rasim Musabəyov: "izğalçı Ermənistana beynəlxalq təzyiqlər olmasa, sülhə getməyəcək"
?Ermənistanda daxili ziddiyyətlər, hakimiyyətdəki qarşıdurmalar işğalçı dövlətin mahiyyətindən xəbər verir. İşğal amili üzərində hakimiyyətə gələnlər hansı yolla olursa olsun Ermənistanda iqtidarda qalmağa çalışırlar?. Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, ölkə daxilində mövqeyi zəifləyən Serj Sarkisyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini sərtləşdirməklə öz nüfuzunu artırmağa çalışır. ?Ermənistana ciddi beynəlxalq təzyiqlər olmasa, münaqişənin həlli üçün addım atmayacaq?- deyə Rasim Musabəyov qeyd edib.
Politoloqun sözlərinə görə, işğalçı dövlət açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Çünki işğalçı dövlət xoşluqla öz məqsədindən əl çəkmək istəmir. Beynəlxalq birlik isə Ermənistanın bu mövqeyini sükutla qarşılayır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50