Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə və partiyanın baş katibi Arzuxan Əlizadə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri, xanım Brigette Buchet (Bricet Buçet) ilə görüşüblər. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda keçirilən seçkilər, seçkisonrası vəziyyət, ABŞ-Azərbaycan münasibətləri əsas müzakirə predmeti olub. Xanım Brigette Buchet (Bricet Buçet ) bildirib ki, ABŞ Azərbaycanda hər zaman demokratik dəyərlərin inkişaf etməsində maraqlı olub və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir. AMİP sədri Y.Bağırzadə isə Azərbaycanda demokratik institutların formalaşmasında ABŞ-ın rolunu yüksək qiymətləndirib və bunu daha da inkişaf etdirəcəyinə ümid etdiyini bildirib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə AMİP-in Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev də iştirak edib.