Məzhur fransız aktyoru Jerar Depardye Bakıdadır
Məşhur fransız aktyoru Jerar Depardye Bakıda keçirilən IV Beynəlxalq Rastropoviç Festivalında iştirak etmək üçün paytaxtımıza gəlib. Jerar Depardye bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edəcək. Aktyor festivalın açılışında nümayiş ediləcək "Karmen" operası öncəsi novellanın seçilmiş hissələrindən monoloq ifa edəcək.
Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak ediblər.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin. Mstislav Rostropoviç Fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.
Yeddi gün davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və ?Moskva solistləri? kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın opera mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47