Zeynəb Xanlarovadan Əbülfəz Qarayevə ittiham: "Ya mədəniyyətlə məzğul olun, ya da turizmlə"
Azərbaycanda müğənnilərin sayı-hesabı barədə dəqiq məlumat qeyd etmək çətindir. Çünki onların sırası gendən-genə genişlənir. Amma bu sıradan olan şəxslərin hamısını əsl müğənni adlandırmaq da düzgün deyil, baxmayaraq onların hamısı özlərini sənətçi hesab edirlər. İndi əlinə mikrofon götürüb oxumağa başlayanların böyük əksəriyyəti toylara gedir. Toya gedən müğənnilər arasında böyük pullar qazananlar az deyil.
Peşəkar sənətçilərin toya getməsi isə birmənalı qarşılanmır. Onları bu addımlarına görə qınayanlar, ?sənəti ucuzlaşdırırlar? deyə suçlayanlarla yanaşı, müdafiə edənlər də var. Deyirlər ki, toya gedə bilməsə, müğənnilər acından ölərlər.
Milli Məclisin deputatı, xalq artisti, Şöhrət? ordenli sənətçi Zeynəb Xanlarova Modern.az saytına açıqlamasında peşəkar müğənnilərin toylara getməsinə pis baxdığını vurğulayıb. ?Şəxsən mən toya getmərəm, gedib özümü alçaltmaram? deyə Z.Xanlarova bildirib.
Xalq artisiti telekanallarda yayımlanan şou-biznes verilişlərinin, milli-mənəvi dəyərlərə zidd proqramların sayının artmasına da etirazını bildirib. O, deyib ki, şou-biznes artıq bir virusa çevrilib və bu virusu Azərbaycan xalqına yoluxdurmağa başlayıblar: "Ona görə də mən İctimai Televiziyadan başqa, heç bir telekanalın verilişlərinə baxmıram. Hesab edirəm ki, şou-biznes vurusunun yayılmasının qarşısı təcili alınmalıdır. Telekanallara baxanda, elə bilirsən bu ölkənin ərazisinin 20 faizi işğal olunmayıb".
Zeynəb Xanlarova Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini də tənqid edib. "Bir əldə iki qarpız tutmaq olmaz, ya mədəniyyətlə məşğul olmalıdırlar, ya da turizmlə".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47