Rəsmi Bakı Qarabağ probleminin həllində Ai-nin yardımına ümid edir
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının da yardımına ümid edir. ANS TV-nin məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Belçikada Azərbaycan və Avropa İttifaqı Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında belə deyib.
?Biz hesab edirik ki, Avropa İttifaqının dünyada ən böyük güc mərkəzi kimi bu problemin həll olunmasına yardım etmək imkanı var. Biz inanırıq ki, Avropa İttifaqının, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll olunacaq?, - deyə M. Məmmədquliyev vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50