Bu gün 4-cü çağırış Milli Məclisin (MM) ikinci iclası öz işinə başlayıb. İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkisinə toxunub. O bildirib ki, sözügedən seçki tam demokratik çəkildə keçirilib. MM sədri eyni zamanda seçkinin yüksək səviyyədə təşkil olunmasına görə Mərkəzi Seçki Komissiyasına (MSK) minnətdarlığını bildirib. Ardınca çıxış edən MSK sədri Məzahir Pənahov noyabr seçkisinin demokratik keçirildiyini vurğulayıb. Hazırda iclas davam edir.