Ümid Partiyasında yeni təyinat olub. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata əsasən Qaya Əliyev beynəlxalq məsələlər üzrə şöbənin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Qaya Əliyev 7 noyabr seçkilərində 77 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin onun namizədliyi qanunsuz əsaslarla qeydə alınmayıb.