2018-ci ildə futbol üzrə Dünya Çempionatı Rusiyada keçiriləcək. FİFA pezidenti Zepp Blatterin dekabrın 2-də elan etdiyi gizli səsvermənin nəticələrinə görə, Rusiya 2018-ci ildə DÇ-yə ev sahibliyi edəcək. 2018-ci il Dünya Çempionatına İngiltərə, Rusiya, həmçinin Belçika və Hollandiya və İspaniya və Portuqaliya cütlükləri iddia edirdi. 2022-ci ildə isə Dünya Çempionatı Qətərdə baş tutacaq. 2022-ci ildə keçiriləcək DÇ-yə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya da iddia edirdi.