Bu gün Unibank Premyer Liqasında XII turun 5 qarşılaşması keçiriləcək. Bu oyunlardan 4-ü bölgələrdə, biri isə paytaxtda baş tutacaq. Bölgələrdə keçiriləcək ?Qəbələ? ? ?Xəzər Lənkəran?, ?Muğan? ? ?Turan?, ?Gəncə? ? ?Bakı? və ?Simurq? ? AZAL matçlarının start fiti 14:00-da səslənəcək. Paytaxtda baş tutacaq turun mərkəzi qarşılaşması sayılan ?Neftçi? ? ?İnter? oyunu isə saat 16:00-da start götürəcək. Xatırladaq ki, Unibank Premyer Liqasında XII tura dünən oynanılan bir qarşılaşma ilə start verilib. XII turun açılış oyununda ?Qarabağ? Tofiq Bəhramov adına Respublika stadionunda MOİK-i qəbul edib. Həmin matç 3:0 hesabı ilə Ağdam təmsilçisinin xerinə başa çatıb.