Mərkəzi Bankda Dünya Bankı ilə gələcək əməkdazlıq müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, görüş zamanı Dünya Bankı ilə Birgə İqtisadi Tədqiqatlar Proqramı (BİTP), İkinci Yüksək Səviyyəli Forumun mövzusu və formatı, Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsi planı müzakirə edilib.
Ə. Alam Azərbaycanla əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib və Azərbaycanda icra edilən proqramların yüksələn xətlə davam etdiyini qeyd edib. O, həmçinin təmsil etdiyi təşkilatın Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yüksək qiymətləndirib və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib.
Öz növbəsində, Mərkəzi Bankın sədri E. Rüstəmov Dünya Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, BİTP-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin (TİM) potensialının möhkəmləndirilməsində rolunu xüsusi olaraq vurğulayıb.
Görüşdə Mərkəzi Bank ilə Dünya Bankı arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19