?Astana sammitində müəyyən irəliləyişlər var, imzalanan yekun protokola da Azərbaycan şərtlə qoşulub?. Bu sözləri Prezident Administrasiyasının İctimai ? siyasi şöbəsinin müdüri Əli Həsənov Astana sammitinin yekunları ilə bağlı jurnalistlərə şərh edərkən deyib. Əli Həsənov bildirib ki, əgər beynəlxalq birlik Qarabağ münaqişəsininin sülh yolu ilə həllinə təşəbbüs göstərməsə, o zaman Azərbaycan beynəlxalq ictimaiyətin rəyini nəzərə almadan öz torpaqlarını azad etmək barədə müstəqil qərar qəbul edəcək . Son günlərdə gündəmdə olan digər məsələyə - Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat attaşesi Türqut Ərin kitabında yazdıqlarına münasibət bildirən Ə.Həsənov hesab edir ki, bunun arxasında güclü erməni lobbisi dayanır. ?Zaman ? zaman elə qüvvələr olub ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə çalışıblar?-deyə o vurğulayıb. ?Wikileaks? saytında yazılanların heç bir əsası olmadığını deyən Ə.Həsənov bildirib ki, bu yazılanlar Cənubu Qafqazda dünya liderlərini qarşı-qarşıya qoymaq məqsədi daşıyır. ?O materialların da arxasında hər halda böyük qüvvələr dayanır. Zaman gələcək və bilinəcək bu qüvvələr kimlərdir?-deyə Ə.Həsənov bildirib.