ABŞ Dövlət katibi Hilalri Klinton Orta Asiyaya və Fars körfəzi ölkələrinə rəsmi səfərə gedəcək. Dövlət Departamentinin sözçüsü P.Grovley deyib ki, Hillari Klinton bu həftənin üçüncü günü səfərinə Kazaxstandan başlayacaq. Dekabrın 1-də ABŞ nümayəndə heyəti burda keçirilən ATƏT-in sammitinə qatılacaq. Səfəri ərəfəsində Klinton Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə və xarici işlər naziri ilə görüşəcək. Klinton Qırğızıstan və Özbəkistana, o cümlədən Bəhrainə də gedəcək.